Aleksandr Vuçiç prezidentlik müddəti başa çatmadan istefa verə biləcəyini açıqlayıb.
Serbiya lideri bu açıqlamanı Çinə səfəri zamanı verib.
N1 telekanalının məlumatına görə, Vuçiç “tezliklə istefa verməsinin mümkün olduğunu” deyib.
Aleksandr Vuçiç ilk dəfə 2017-ci ildə Serbiya prezidenti seçilib, 2022-ci ildə isə ikinci müddətə yenidən seçilib. Onun hazırkı prezidentlik müddəti 2027-ci ildə başa çatır.
Gülnar Nazimqızı