AZ

ISW: Rusiyanın Kiyevə son hücumu 9 May rüsvayçılığını ört-basdır etmək məqsədi daşıyırdı

BAKI, 25 may. TELEQRAF

Rusiyanın mayın 24-də Kiyevə irimiqyaslı hava hücumu mayın 9-da Moskvada keçirilən Qələbə Günü paradı ilə bağlı rüsvayçılığını ört-basdır etmək məqsədi daşıyırdı.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

Rusiya ordusu hücum zamanı Kiyevdəki hökumət binaları və mədəniyyət mərkəzləri, o cümlədən Ukrayna Xarici İşlər Nazirliyi, Nazirlər Kabinetinin binası, Milli İncəsənət Muzeyi, Çernobıl Muzeyi və Lukyaniv bazarını hədəfə alıb.

Kreml bundan əvvəl Ukrayna ordusu Qələbə Günü paradına hücum edəcəyi təqdirdə, “Oreşnik” raketləri ilə Kiyevdəki qərar qəbuletmə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələmişdi, halbuki Ukrayna bunu etməmişdi.

ISW vurğulayır ki, Kreml bundan sonra da Rusiyanın zəifliyini və hava məkanını Ukraynanın uzaqmənzilli zərbələrindən etibarlı şəkildə qorumaq iqtidarında olmadığını ört-basdır etmək üçün “Oreşnik”dən istifadə etməklə hədələyib:

“Rusiyanın Kiyevə hücumuVladimir Putinin Qələbə Paradı ilə əlaqəli rüsvayçılığını ört-basdır etmək üçün davam edən səylərinin bir hissəsidir. Putin geniş tənqid olunan paraddan sonra gücünü göstərməyə çalışır”.

Analitiklər əlavə edirlər ki, Rusiyanın son hücumu Ukraynanın riayət etdiyi üç günlük Qələbə Günü atəşkəsinin ruhuna tamamilə ziddir və Putinin öz maraqlarından kənar heç bir razılaşmaya getməyəcəyini göstərir.

Seçilən
15
teleqraf.com

1Mənbələr