AZ

Svetlana Tixanovskaya Kiyevə səfər edib

Belarus müxalifət liderinin səfərinin təşəbbüskarı Vladimir Zelenski olub...

Poliqon xəbər verir ki, Belarus demokratik qüvvələrinin lideri Sviatlana Tsikhanouskaya Kiyevə səfər edib.

Məlumata görə, Tixanovskayanın Ukraynaya səfəri bu ilin yanvar ayında Ukrayna prezidenti Vladimir Zelenskiylə keçirilmiş şəxsi görüş zamanı edilən dəvət əsasında baş tutub.

Səfərin gündəliyi və tərəflər arasında aparılacaq danışıqların detalları barədə hələlik rəsmi məlumat açıqlanmayıb. Bununla belə, görüşlərdə regional təhlükəsizlik, Belarus-Ukrayna münasibətləri və Rusiyanın regiondakı fəaliyyəti ilə bağlı məsələlərin müzakirə ediləcəyi ehtimal olunur.

Svetlana Tixanovskaya 2020-ci ildə Belarusda keçirilən prezident seçkilərindən sonra ölkənin əsas müxalifət simalarından birinə çevrilib və hazırda xaricdə fəaliyyət göstərir.

Poliqon.info

Seçilən
14
poliqon.info

1Mənbələr