AZ

"Azərbaycan Afrika ölkələri ilə dostluq münasibətlərinə böyük əhəmiyyət verir" - XİN

Azərbaycan Afrika ölkələri ilə dostluq münasibətlərinə böyük əhəmiyyət verir.

"Unikal" xəbər verir ki, bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Afrika Günü münasibətilə "X"-də etdiyi paylaşımda qeyd olunub.

"Afrika Günü münasibətilə Afrika qitəsinin hökumətlərini və xalqlarını səmimi qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq.

Ticarət, təhsil, enerji, dayanıqlı inkişaf və humanitar təşəbbüslər daxil olmaqla müxtəlif sahələrdə Afrika tərəfdaşlarımızla əməkdaşlığımızı yüksək qiymətləndirir, həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrimizi daha da genişləndirməyi səbirsizliklə gözləyirik.

Afrika Günü mübarək!", - məlumatda vurğulanıb.

Seçilən
39
1
unikal.az

10Mənbələr