AZ

Bakıda 9 istiqamətdə tıxac müşahidə olunur

Bakının bir sıra yollarında tıxac yaranıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

3. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

5. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

6. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

7. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

8. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

"Cebheinfo.az"

Seçilən
48
49
cebheinfo.az

10Mənbələr