AZ

Banklar ilk 4 ayda 438.5 mln. manat xalis mənfəət əldə ediblər, kredit portfeli 31 mlrd. manata çatıb – BANK İCMALI

Azərbaycan bank sektorunun cəmi aktivləri 57 mlrd. 356 milyon manat, cəmi öhdəlikləri 49 mlrd. 696 milyon manat, balans kapitalı isə 7 mlrd. 660 milyon manat təşkil edib.

Banker.az Azərbaycan Mərkəzi Bankının açıqladığı göstəricilərə istinadən xəbər verir ki, aprel ayında bankların kredit portfeli 318.9 milyon manat və ya 1.1% artaraq 30 mlrd. 609 milyon manata yüksəlib. Kredit portfelinin 16 mlrd. 313 milyon manatı və ya 53.3%-i biznes kreditlərinin, 9 mlrd. 629 milyon manatı və ya 31.5%-i istehlak kreditlərinin, 4 mlrd. 667 milyon manatı və ya 15.2%-i isə ipoteka kreditlərinin payına düşüb.

Bank sektorunun öhdəliklərində depozit portfeli üstünlük təşkil edib. Belə ki, depozitlərin həcmi 37 mlrd. 771 milyon manat olmaqla ümumi öhdəliklərin 76%-ni təşkil edib. Bunun 20 mlrd. 499 milyon manatı və ya 54.3%-i hüquqi şəxslərin, 17 mlrd. 272 milyon manatı və ya 45.7%-i fiziki şəxslərin depozitləri olub.

Fiziki şəxslərin əmanətlərinin 12 mlrd. 58 milyon manatı və ya 69.8%-i milli valyutada, 5 mlrd. 214 milyon manatı və ya 30.2%-i xarici valyutada yerləşdirilib. Əmanət portfelinin 10 mlrd. 980 milyon manatı və ya 63.6%-i müddətli əmanətlərdən ibarət olub.

Aprel ayında fiziki şəxslərin müddətli əmanətləri 221.9 milyon manat və ya 2.1%, tələbli əmanətləri isə 462 milyon manat və ya 7.9% artıb.

Bank sektorunda unikal müddətli əmanətçilərin sayı aylıq müqayisədə 2,163 nəfər və ya 1%, ilin əvvəlindən isə 15,498 nəfər və ya 8% artaraq 209.6 min nəfərə çatıb.

Hüquqi şəxslərin tələbli depozitləri 15 mlrd. 343 milyon manat təşkil edib ki, bu da onların ümumi depozit portfelinin 74.8%-nə bərabər olub.

2026-cı ilin yanvar-aprel aylarında banklar 438.5 milyon manat xalis mənfəət, 658.7 milyon manat əməliyyat mənfəəti əldə ediblər. Eyni dövrdə bank sektoru üzrə ödənilən mənfəət vergisinin həcmi 104.2 milyon manat təşkil edib.

30 aprel 2026-cı il tarixinə ölkədə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 505, şöbələrinin sayı 85, ATM-lərin sayı isə 3,498 olub. Hesabat ayında bank sektorunda çalışanların sayı 148 nəfər və ya 0.5% artaraq 27,389 nəfərə çatıb.

Seçilən
34
banker.az

1Mənbələr