AZ

Deputat da yanıla bilər... Ağamalının mətbuat katibi OD PÜSKÜRDÜ...

Bakivaxti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Uşaqpulu ilə bağlı deputat Günay Ağamalının son günlərdə geniş müzakirələr doğuran fikirlərindən sonra sosial şəbəkələrdə yeni reaksiyalar meydana çıxıb.

Bakıvaxtı.az-ın məlumatına görə, məsələ ilə bağlı Ana Vətən Partiyasının mətbuat katibi İsmayıl Nadirxanlı şəxsi hesabında paylaşım edərək bəzi media qurumlarını mövzunu təhrif etməkdə və “yalan başlıqlarla manipulyasiya aparmaqda” ittiham edib.

O, paylaşımında bildirib ki, millət vəkili Günay Ağamalıya aid edilən bəzi fikirlər düzgün interpretasiya olunmayıb:

“Günay Ağamalının uşaqpulu məsələsinə dair söylədikləri onun şəxsi mövqeyidir və Milli Məclisin tribunasından səsləndirilməyib. Lakin bəzi media qurumları bunu bilərəkdən parlament çıxışı kimi təqdim edir”.

İsmayıl Nadirxanlı sosial şəbəkələrdə yaranmış geniş narazılığa da münasibət bildirib:

“Cəmiyyət emosional reaksiya verir, hətta bəziləri mandatın ləğvini tələb edir. Amma dövlət emosiyalarla deyil, qanunlarla idarə olunur”.

Paylaşımda Konstitusiyanın 89-cu maddəsi xatırladılaraq deputat mandatının yalnız qanunla müəyyən edilmiş hallarda itirilə biləcəyi vurğulanıb. Qeyd edilib ki, şəxsi fikir bildirmək deputatın mandatdan məhrum edilməsi üçün hüquqi əsas yaratmır:

“Fikir söyləmək, sosial mövzuda fərqli yanaşma nümayiş etdirmək mandatın əlindən alınmasına səbəb ola bilməz. Parlament müzakirə məkanıdır, bir rəydən ibarət tribunal deyil”.

İctimai fəal eyni zamanda media subyektlərini məsuliyyətə çağırıb:

“‘Etik qaydaların pozulması’ anlayışını hər xoşagəlməz fikrə aid etmək hüquqi çaşqınlıq yaradır. Media emosiyaya yox, fakta əsaslanmalıdır”.

Sonda isə o, cəmiyyəti emosional reaksiyalardan uzaq olmağa və hüquqi çərçivəni nəzərə almağa səsləyib:

“Deputatın düşünmək, müzakirə etmək və hətta yanılmaq hüququ var. Sözə hiddətlə deyil, arqumentlə cavab verilməlidir”.

Murad İsmayıl

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
41
1
bakivaxti.az

2Mənbələr