AZ

Onlayn bilet almaq üçün yeni imkan

Azpost saytına istinadən ain.az xəbər verir.

“Biletim.az” portalı istifadəçilərinin rahatlığının təmin edilməsi məqsədilə tətbiqə daha bir funksiya əlavə olunub.

Bu barədə Azpost.info-ya AYNA-dan bildirilib.

Yenilik portal üzərindən qeydiyyat prosesini sürətləndirmək və sərnişinlərin təkrar qeydiyyatlarının qarşısını almaq məqsədi daşıyır.

Vaxta qənaət və müştəri məmnuniyyətinin təmin edilməsi üçün “biletim.az” üzərindən tətbiqə giriş zamanı “mygov ilə giriş” funksionallığı təmin edilib.

Bu funksionallıq sayəsində istifadəçilər ilkin qeydiyyat zamanı ad, soyad, doğum tarixi və digər məlumatları doldurmaq əvəzinə portala birbaşa və sürətli giriş imkanı əldə edirlər.

Xatırladaq ki, daha əvvəl portal istifadəçiləri üçün əldə edilən bilet üzrə seçilmiş oturacaq yerinin dəyişdirilməsi və seçilmiş reys üzrə çıxış vaxtının digər reysə (saata) dəyişdirilməsi imkanı da yaradılıb. Bu yenilik sayəsində istifadəçilər əvvəlcədən əldə etdikləri elektron biletlər üzrə yerdəyişmə və ya bilet dəyişdirmə imkanı əldə ediblər.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
2
azpost.info

3Mənbələr