ABŞ dövlət katibi Marko Rubio mayın 26-da İrəvana səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, o, ölkənin xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək, daha sonra birgə mətbuata açıqlamalar verəcəklər.
Ermənistan diplomatik missiyasının məlumatına görə, ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.
Gülayə Mecid