AZ

Dövlət qurumu işçi axtarır - MAAŞ 2500 MANAT - VAKANSİYA

Ajans.az vakansiya barədə məlumatı təqdim edir: Vizualizator Memar Son tarix 22 iyn 2026 - [email protected] Vəzifə öhdəlikləri:
  • Verilmiş texniki tapşırığa, brifə əsasən ilkin eskizlərin, 3D modellərin və renderlərin hazırlanması
  • Dizayn zamanı formalaşdırdığı işin texniki detalları haqqında məlumatlı olmaq;
  • Material seçimi, işıqlandırma və struktura uyğun realistik vizualizasiyaların yaradılması;
  • Layihələrin ilkin mərhələsində detallı axtarış etmək, sahə analizləri aparmaq, ilkin dizayn yanaşmasını təmin etmək;
  • Layihələndirmə məlumatlarını analiz etmək, ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək;
  • Layihələndirmə məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş Beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;
Tələblər:
  • Ali təhsil (müvafiq sahədə);
  • Memar vəzifəsində iş təcrübəsi (5 il);
  • Kompüter bilikləri – SketchUp, AutoCAD, ArchiCAD, 3Dsmax, Adobe Photoshop, V-Ray, Corona və s.;
  • Tikinti norma və qaydalarına dair biliklər;
  • İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı.
Ümumi məlumat:
  • İş yeri: Bakı şəhəri;
  • İş rejimi: 5 gün/ 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00 – 14:00;
  • Əmək haqqı – 2500 AZN;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul.

Uyğun namizədlər Portfolio və CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Seçilən
70
Ajans.az

1Mənbələr