AZ

Maşında bu dəyişiklikləri edənlər 500 manat cərimə ediləcək Ekspertdən XƏBƏRDARLIQ VİDEO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Avtomobillərdə mühərrik və ya səsboğucu sisteminə edilən dəyişikliklər bəzi hallarda sürücülər üçün ciddi cərimələrlə nəticələnə bilər.

Avtosfer.az xəbər verir ki, bu barədə nəqliyyat eksperti Eldəniz Cəfərov danışıb. O bildirib ki, qanunvericiliyə əsasən avtomobilin səs gücünü artırmaq məqsədilə normativ tələblərə cavab verməyən avadanlıqların quraşdırılmasına görə 500 manat məbləğində cərimə nəzərdə tutulur.

Ekspertin sözlərinə görə, burada əsas məsələ avtomobilin istehsalçı tərəfindən müəyyən edilən səs norması və sonradan edilən dəyişikliklərdir:

“Əgər avtomobil zavod istehsalı olaraq müəyyən desibel səviyyəsinə malikdirsə və həmin göstərici qanunvericilikdə nəzərdə tutulan həddi keçmirsə, sürücü məsuliyyət daşımır. Problem sonradan əlavə avadanlıqlar vasitəsilə səsin süni şəkildə artırılması zamanı yaranır”.

Avropa İttifaqının İqtisadi Komissiyasının reglamentlərinə əsasən avtomobillər üçün tövsiyə olunan maksimal səs səviyyəsi təxminən 74-75 desibel hesab olunur. Azərbaycanda tətbiq edilən standartlarda isə bu göstərici maksimum 96 desibel kimi müəyyənləşdirilib.

Onun sözlərinə görə, avtomobilin səs səviyyəsi 96 desibeli keçmədiyi halda sürücünün həmin nəqliyyat vasitəsini idarə etməsində hüquqi problem yaranmır. Lakin normadan artıq səs yaradan dəyişikliklər qanun pozuntusu hesab edilir:

“Əgər avtomobilə quraşdırılan əlavə avadanlıq nəticəsində səs səviyyəsi normanı aşırsa, məsələn 98 desibelə çatırsa, bu halda sürücünü 500 manat cərimə gözləyir”.

Ekspert əlavə edib ki, yüksək səsli avtomobillər xüsusilə şəhər mühitində həm səs-küy çirkliliyinə, həm də ictimai narahatlığa səbəb olur. Buna görə də bir çox ölkələrdə bu məsələ ilə bağlı qaydalar daha sərt tətbiq edilir.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
avtosfer.az

1Mənbələr