AZ

Bu həftə ardıcıl 5 gün iş olmayacaq

Azərbaycanda bu həftə ardıcıl 5 gün qeyri-iş günü olacaq.

 

Nazirlər Kabinetinin qərarına əsasən, mayın 27 və 28-i Qurban bayramı münasibətilə qeyri-iş günü elan edilib.

 

Mayın 28-də eyni zamanda Azərbaycanda Müstəqillik Günü də qeyd olunur.

 

Qurban bayramı və Müstəqillik Gününün eyni tarixlərə təsadüf etməsi səbəbindən Əmək Məcəlləsinə uyğun olaraq mayın 29-u da qeyri-iş günü hesab ediləcək.

 

Beləliklə, 27, 28 və 29 may tarixləri ilə yanaşı, həftəsonuna düşən 30 və 31 may da qeyri-iş günləri olacaq. Bununla Azərbaycanda ardıcıl 5 günlük istirahət yaranır.

 

Əmək Məcəlləsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən əvvəlki iş gününün müddəti bir saat qısaldılır. Bu səbəbdən mayın 26-sı qısaldılmış iş günü olacaq.

 

Azərbaycanda növbəti iş günü isə iyunun 1-nə təsadüf edəcək.

 

Trend

Tarix: 25 May 2026, 11:15   
Seçilən
58
32
pravda.az

10Mənbələr