ain.az xəbər verir, Lent az saytına əsaslanaraq.
Yeni tədqiqat göstərib ki, insan düşüncəsinin əsasını təşkil edən iki mühüm qabiliyyət — dil və “zehin nəzəriyyəsi” — artıq erkən uşaqlıq dövründən beynimizdə formalaşmağa başlayır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu, insanın başqalarının düşüncələrini, niyyətlərini, hisslərini və daxili vəziyyətini anlama bacarığıdır. Alimlər belə nəticəyə gəliblər ki, bu mürəkkəb idrak sistemləri həyatın ən erkən mərhələlərindən etibarən beyində bir-birindən ayrı şəkildə inkişaf edir.
Tədqiqat Ohio State University alimləri tərəfindən aparılıb. Onlar 3–9 yaş arası uşaqlarda beynin fəaliyyətini müşahidə etmək üçün funksional maqnit-rezonans tomoqrafiyasından (fMRI) istifadə ediblər. Eksperiment zamanı uşaqlara nitq, hekayələr və cizgi filmləri dinlədilib və mütəxəssislər beynin hansı sahələrinin aktivləşdiyini izləyiblər.
Məlum olub ki, nitqə cavabdeh olan sahələr ilə başqalarının emosiyalarını və niyyətlərini anlama ilə bağlı zonalar demək olar ki, bir-biri ilə üst-üstə düşmür.
Alimləri xüsusilə təəccübləndirən məqam bu ayrımın çox erkən yaşlarda ortaya çıxması olub. Neyropsixoloqların sözlərinə görə, insan beyni sanki başlanğıcdan iki fərqli düşüncə növü üçün “proqramlaşdırılıb”: dil vasitəsilə ünsiyyət və sosial olaraq digər insanları anlama.
Tədqiqatçılar həmçinin neyron əlaqəlilik sxemlərini — yəni beynin müxtəlif hissələrinin istirahət vəziyyətində bir-biri ilə necə qarşılıqlı əlaqədə olduğunu da araşdırıblar. Məlum olub ki, dil və sosial şəbəkələr təkcə fərqli beyin sahələrində yerləşmir, həm də digər neyron sistemləri ilə fərqli şəkildə əlaqə qurur. Bu isə dil və başqalarının düşüncəsini anlama qabiliyyətinin eyni idrak mexanizmindən yarandığını iddia edən köhnə nəzəriyyəni şübhə altına alır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.