AZ

CHP böhranı: hüquqi proses, yoxsa siyasi əməliyyat? Elnarə Akimova

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə məhkəməsi CHP-nin 2023-cü ildə keçirilmiş qurultayını etibarsız sayıb.

Bu qərarla partiyanın hazırkı sədri Özgür Özel vəzifədən uzaqlaşdırıldı və keçmiş sədr Kemal Kılıçdaroğlu yenidən rəhbər elan olundu. 

CHP rəhbərliyi bu qərarı “məhkəmə çevrilişi” adlandırır və siyasi müdaxilə olduğunu bildirir.

Bu prosesin arxasında hakimiyyətin siyasi strategiyası olduğu iddiaları nə dərəcədə real görünür?

Daha dəqiq, iqtidar CHP-ni daxildən zəiflətmək strategiyası yürüdürmü?

Bu barədə Gununsesi.info-ya Milli Məclisin deputatı Elnarə Akimova danışıb.

O bildirib ki, Türkiyədə CHP ilə bağlı məhkəmə qərarı ətrafında yaranan müzakirələr ölkə daxilində həm siyasi, həm də hüquqi müstəvidə geniş diqqət çəkir. Müxalifət bu prosesi siyasi müdaxilə kimi qiymətləndirir, hakimiyyətə yaxın mövqelər isə məsələnin hüquqi prosedurlar çərçivəsində aparıldığını müdafiə edir.

Bu məsələyə ehtiyatlı yanaşma vacibdir. Çünki məhkəmə qərarlarının arxasında konkret siyasi niyyətin olub-olmadığını yalnız ictimai iddialarla deyil, hüquqi proseslər, sübutlar və institusional davranışlar əsasında qiymətləndirmək mümkündür.

“İqtidar CHP-ni daxildən zəiflətmək strategiyası yürüdürmü?” sualı hazırda siyasi şərhlərin mövzusu olsa da, bu barədə qəti nəticə çıxarmaq üçün rəsmi faktlar və hüquqi əsaslar tələb olunur. Eyni zamanda nəzərə almaq lazımdır ki, Türkiyə çoxpartiyalı siyasi sistemə və fəaliyyət göstərən dövlət institutlarına malik demokratik dövlətdir. Siyasi partiyalarla bağlı hüquqi mübahisələrin məhkəmə müstəvisində həll olunması ölkənin daxili siyasi və hüquqi proseslərinin tərkib hissəsi hesab olunur. Bu səbəbdən belə məsələlərin qiymətləndirilməsi ilk növbədə Türkiyə qanunvericiliyi, məhkəmə mexanizmləri və ölkənin siyasi institutları çərçivəsində aparılmalıdır. Ona görə də bu cür proseslər qısa müddətdə siyasi gərginlik yaratsa da, demokratik sistemlərdə əsas meyar institutların işləməsi, hüquqi prosedurların qorunması və siyasi rəqabətin hüquq çərçivəsində davam etməsidir”.

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
75
46
icma.az

10Mənbələr