AZ

Bakı Enerji Həftəsində D-8 ölkələrinin nazirləri enerji təhlükəsizliyini müzakirə edəcək

Bakı Enerji Həftəsi çərçivəsində D-8 ölkələrinin nazirlərinin enerji təhlükəsizliyi, bərpa olunan enerji mənbələri, regional enerji əməkdaşlığı və dayanıqlı inkişaf məsələlərinin müzakirəsi planlaşdırılır.

"Far.Az" xəbər verir ki, bunu Energetika nazirliyiyinin İctimaiyyətlə əlaqədar və informasiya təhlükəsizliyi şöbəsinin müdiri Amil Həsənov Bakı Enerji Həftəsi və "TransLogistika Caspian" sərgisinə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, builki Bakı Enerji Həftəsinin proqramı çərçivəsində enerji sahəsində regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə yönəlmiş bir sıra yüksək səviyyəli tədbirlər nəzərdə tutulub: "Həmin tədbirlərdən biri də D-8 ölkələrinin nazirlərinin iştirakı ilə keçiriləcək iclas olacaq".

Seçilən
45
far.az

1Mənbələr