AZ

İranda növbəti edam: “Mossad agenti” kimi təqdim olunan etirazçı asıldı

İranda yanvar etirazlarının daha bir iştirakçısı barəsində çıxarılan ölüm hökmü icra edilib.

Publika.az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

Edam edilən şəxs İsrailin “Mossad” kəşfiyyatı ilə əməkdaşlıqda və ölkədə baş verən kütləvi iğtişaşlarda iştirakda ittiham olunurdu.

Qeyd edək ki, İranda etiraz aksiyaları 2025-ci ilin dekabr ayının sonlarında milli valyutanın kəskin ucuzlaşması və ağır iqtisadi vəziyyət fonunda başlayıb. Qısa müddətdə bütün ölkəni bürüyən aksiyalar kütləvi qarşıdurmalara çevrilib. İran hakimiyyəti isə hadisələrin arxasında ABŞ və İsrailin dayandığını bəyan edib.

2026-cı ilin mart ayından etibarən ölkədə etiraz iştirakçılarına qarşı edamların sayı sürətlə artıb. İran "Human Rights" təşkilatının məlumatına görə, mart ayından bəri azı 24 siyasi məhbus edam olunub. Onlardan ən azı doqquzu birbaşa yanvar etirazlarının iştirakçısı olub.

Seçilən
5
publika.az

1Mənbələr