AZ

Bakı Enerji Forumunun ilk günündə D-8 Üzv Dövlətlərinin Enerji Nazirlərinin 1-ci görüşü baş tutacaq

Bakı, 26 may, AZƏRTAC

Bakı Enerji Forumunun ilk günündə D-8 Üzv Dövlətlərinin Enerji Nazirlərinin 1-ci görüşü baş tutacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Energetika Nazirliyinin İctimaiyyətlə əlaqələr və rəqəmsal idarəetmə şöbəsinin müdiri Amil Həsənov Bakı Enerji Həftəsi və "TransLogistica Caspian"-23-cü Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisinə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, bu il öncəki illərdən fərqli olaraq, Bakı Enerji Forumunun açılışı da iyunun 1-də Bakı Ekspo Mərkəzində keçiriləcək.

“Daha sonra forum iştirakçıları əsas müzakirələr üçün Bakı Konqres Mərkəzinə toplaşacaqlar.

Forumun gündəliyi olduqca zəngin olacaqdır. Tədbir çərçivəsində yüksək səviyyəli görüşlər, layihə təqdimatları, xüsusi sessiyalar və yanaşı forumlar təşkil ediləcək. Builki forum enerji sektorunun aktual çağırış və imkanlarını əhatə edən geniş və çoxşaxəli gündəmlə keçiriləcək”,- deyə o qeyd edib.

Operator: Vüsal Tağıyev
Fotoqraf: Tofiq Babayev

 

Seçilən
2
3
azertag.az

5Mənbələr