AZ

Paşa Bankın aktivləri 9 milyard manata çatıb

 

Bankın maliyyə göstəricilərində artım dinamikası davam edib və aktivlər, depozitlər və kredit portfeli üzrə müsbət nəticələr qeydə alınıb. Bunu Bankın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Murad Süleymanov deyib.

Onun sözlərinə görə, bankın ümumi aktivləri təxminən 9 milyard manat səviyyəsinə yüksəlib və bu, konsolidasiya olunmuş maliyyə hesabatlarında da öz əksini tapıb.

Murad Süleymanov bildirib ki, depozit portfeli ümumilikdə 19,8% artım nümayiş etdirib, faiz marjası isə 25,6% səviyyəsinə yüksəlib.

O qeyd edib ki, kredit portfelində də sabit inkişaf müşahidə olunur və faiz gəlirləri üzrə göstəricilər müsbət dinamikanı qoruyub saxlayıb.

Bank rəsmisinin sözlərinə görə, aktivlərin tərkibində yüksək keyfiyyətli və faiz qazandıran aktivlərin payı 85–91% intervalında formalaşıb.

Murad Süleymanov əlavə edib ki, bankın kredit portfelində əsas payı ticari və xidmət sektorları tutur və ümumilikdə portfel strukturunda sabitlik müşahidə olunur

Aytac Zeynalova

Seçilən
15
anews.az

1Mənbələr