AZ

Şimali Kiprdə Mormenekşə coşqusu

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

​Mormenekşe Çağdaş Qadınlar Dərnəyinin təşkil etdiyi 4-cü Beynəlxalq Mədəniyyət, İncəsənət və İstehsalçı Festivalı keçirilib.

525.az xəbər verir ki, Mormenekşe kənd meydanında baş tutan festivala adanın hər tərəfindən gələn istehsalçılar milli təamlar və əl işlərini təqdim ediblər.

 Kortej yürüşü ilə başlayan festivalda ŞKTR-in Baş naziri Ünal Üstel, səhiyyə naziri  Hakan Dinçyürek və xanımı, kənd təsərrüfatı və təbii sərvətlər naziri Hüseyin Kelle, millət vəkilləri Zorlu Töre və İzlem Gürçağ, Türkiyə Cümhuriyyətinin Qazimağusa Baş konsulu  Işıl Gürler, Yunus Emre İnstitutunun direktoru Abdullah Aktaş, TDP Baş sədri  Zeki Çeler, Yeniboğaziçi bələdiyyə sədri Katip Demir və bələdiyyə məclis üzvləri, dərnəklərin təmsilçiləri,  müxtəlif bölgələrdən gələn çoxsayda insanlar iştirak edib.

​Mormenekşe Müasir Qadınlar Dərnəyinin sədri Hayriye Tokyay bildirib ki, dərnək olaraq yerli istehsalı və istehsalçıları dəstəkləyərək festivalı hər il daha da böyüdərək beynəlxalq səviyyəyə çatdırıblar.  

​Festival çərçivəsində ZAYDER-lə əməkdaşlıq əsasında və "Menekşeli" agentliyinin öncüllüyü ilə milli geyimlərin nümayiş olunduğu "Nefaset" adlı moda nümayişi böyük rəğbətlə qarşılanıb. 

Gənc rəssam Hasan Kayıpların "Əriyən Sərhədlər" adlı sərgisində isə mübarizə, köç və xatirələrdə qalanlar bədii dillə ifadə olunub.

​Proqramın sonunda Türkiyədən gələn, gənclərin çox sevdiyi müğənni Ferah Zeydan musiqi proqramı ilə çıxış edib.

PƏRVANƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
525.az

1Mənbələr