İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (18.05.2026-24.05.2026) məlumat açıqlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə ərzində 45 piyada əleyhinə mina, 33 tank əleyhinə mina, 416 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 2 092 hektar ərazi mina və PHS-lərdən təmizlənib.