ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Şəki, 25 may, AZƏRTAC
Məktəblilərarası fənn müsabiqələri və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının yarımfinal mərhələsinin nəticələrinə əsasən, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində təhsil alan 132 şagird müsabiqə və olimpiadanın final turuna vəsiqə qazanıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsindən məlumat verilib.
Qeyd edək ki, müsabiqələrin əsas məqsədi istedadlı şagirdləri aşkar etmək, onların məntiqi və yaradıcı düşünmə bacarıqlarını inkişaf etdirmək, sağlam rəqabət mühiti formalaşdırmaq və şagirdlərlə məqsədyönlü iş aparmaqdır.
Müxbir – Mustafa Dadaşov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.