“Napoli”nin baş məşqçisi Antonio Konte klubdan ayrıldıqdan sonra İtaliya millisinin mümkün baş məşqçiliyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis İtaliya Futbol Federasiyası ilə milli komandanı çalışdırmaq barədə heç bir razılaşmasının olmadığını deyib:
“İtaliya Futbol Federasiyası ilə milli komandanın baş məşqçisi vəzifəsi ilə bağlı heç bir razılaşmam yoxdur. Hazırda konkret heç nə yoxdur. Gələcəkdə nə olacağını görəcəyik.
Hazırda federasiyanın hətta prezidenti də yoxdur. Amma onu deyə bilərəm ki, İtaliya dünya səviyyəli bir məşqçi dəvət etməyə hazırdırmı? Mən Pep Qvardiola barədə xəbərləri də oxumuşam. Əgər ideal namizəd seçmək məndən soruşulsaydı, mən məhz Pepi seçərdim.
Amma əsas sual budur: onların belə bir təyinat üçün imkanları varmı? Hələlik bu barədə danışmaq tezdir. Hazırda heç bir əlaqə və ya razılaşma yoxdur”.
Qeyd edək ki, Antonio Konte “Napoli”də son oyununu dünən keçirib. Komanda A Seriyasının son turunda “Udineze”ni 1:0 hesabı ilə məğlub edib və mövsümü ikinci yerdə başa vurub.