AZ

Bu ərazidə daha yola görə tıxac olmayacaq Rəsmi AÇIQLAMA

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Binəqədi şosesinin "təzə yol" adlanan ərazidən keçən ( Nicat Mustafayev ilə kəsişmə və kəsişməyə qədər olan ) hissəsində asfalt örtüyündə son güclü yağışlar nəticəsində dərin ( 10-15 sm ) çuxurlar yaranması səbəbindən ərazidə nəqliyyatın hərəkəti çətinləşir. Bəzi nəqliyyat vasitələri zərər görür, bəziləri isə zədə görməmək üçün sürəti yavaşladır. Bu səbəbdən sözügedən ərazidə 1 kilometrdən çox tıxac yaranır.

Mövcud vəziyyətlə əlaqədar AAYDA-ya sorğu ünvanladıq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli Demokrat.az-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan ünvanda texniki şərtə uyğun olaraq aidiyyəti təşkilat tərəfindən kommunikasiya xətlərində nəzərdə tutulan işlər icra edilib:“Qazıntı işləri və son yağıntılar nəticəsində ərazidə yaranmış lokal problemlərlə bağlı agentliyə məlumat daxil olub və məsələ nəzarətə götürülüb. Ərazidə vəziyyətin tam bərpası istiqamətində müvafiq tədbirlər planına uyğun olaraq qısa müddət ərzində asfalt örtüyünün yenilənməsi işləri həyata keçiriləcək”.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
demokrat.az

1Mənbələr