"Kəpəz" Dioqo Verdaska ilə müqavilə müddətini artırıb.
Sportal.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı müdafiəçi ilə 2 illik yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Verdaska başa çatan mövsümdə Misli Premyer Liqasında 28 oyuna 1 qolla yadda qalıb.
O, 2024/2025 mövsümündə də "Kəpəz"in formasını geyinib.
saytlarin hazirlanmasi