Ayna portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Prezident Donald Tramp pis bir razılaşma bağlamağa tələsmir”
ABŞ hakimiyyəti Tehranla diplomatik əlaqələrin istənilən nəticəni vermədiyinə inanarsa, İranla bağlı əlavə tədbirlər üçün digər variantlara əl atmaq niyyətindədir. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə bildirib.
ABŞ dövlət katibi Hindistana səfəri zamanı qeyd edib ki, "Prezident Donald Tramp pis bir razılaşma bağlamağa tələsmir. Alternativ variantları araşdırmazdan əvvəl diplomatiyaya tam şans verəcəyik".
Rubio Vaşinqton administrasiyasının İranla bağlı növbəti addımlarına toxunaraq vurğulayıb: "Ya yaxşı bir razılaşmamız olacaq, ya da fərqli bir yanaşma tətbiq etməliyik”.
Dövlət katibi qeyd edib ki, tərəflər hələ də mümkün razılaşmalar üzərində işləyirlər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.