Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
ABŞ dövlət katibi Marko Rubio İranla razılaşma barədə açıqlama verərək hələ yekun nəticə olmasa da əhəmiyyətli irəliləyiş əldə olunduğunu bildirib. O eləcə də deyib ki, Trampın sonda İranın nüvə ambisiyaları baxımından daha güclü mövqeyə gəlməsinə səbəb olacaq hansısa razılaşmaya gedəcəyi fikri absurddur.
Məsələ ilə bağlı xalqcebhesi.az-a açıqlama verən politoloq Əli Mustafa söyləyib ki, Rubionun açıqlaması böyük ehtimalla danışıqların real vəziyyətini ehtiva edir: “Anlaşılan odur ki, tərəflər arasında danışıqlar gedir və yəqin ki, Pakistan üzərindən aparılır, amma konkret nüanslar hələ tam aydınlaşmır. Ümumiyyətlə, Hörmüz boğazı ilə bağlı məsələdə, eyni zamnada, İranın nüvə proqramı ilə bağlı məsələlərdə də müəyyən anlaşmaların mümkünlüyünə dair ipucları var. Düzdür, hər iki tərəf öz açıqlamalarında bir qədər sərt mövqe ifadə edirlər. Xüsusilə də İran tərəfi bəyan edir ki, heç bir məsələdə güzəştə getməyəcək. ABŞ tərəfi də bəyan edir ki, onlar İranın nüvə proqramına sahib olmasına imkan verməyəcək və Hörmüz üzərində azad gediş-gəliş təmin olunacaq. Yəni müəyyən mənada tərəflər öz maraqlarına və ya ictimai rəyə bir növ sanki mütənasib bir açıqlama verirlər”.
Ə.Mustafa əlavə edib ki, ancaq anlaşılan odur ki, ziddiyyətli bir fikir ayrılığı aradan qalxıb: “Hətta artıq çərçivə sənədinin də razılaşdırıldığı bildirilir, amma görünür detalları müzakirə olunur və yaxud ola bilsin ki, detallar barədə hələ tam dəqiqlik yoxdur. Düzdür, ABŞ tərəfi bəzən yenə sərt ittihamlar irəli sürür, bəzən hədələyir, razılaşma olmayacaqsa, müharibə yenidən başlayacaq deyir. Məncə bütün bunların hamısı danışıqların təzyiq altında aparıldığını göstərir. Yəni Tramp bütün hallarda çalışır ki, bu razılaşma başa çatsın”.
Röya İsrafilova
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.