AZ

ABŞ dövlət katibi Ermənistana seçkilərə görə gəlir?

BAKI, 25 may. TELEQRAF

“ABŞ dövlət katibi Marko Rubionun səfəri seçkilərlə necə əlaqəli ola bilər?”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərin müvafiq suallarına cavabında deyib.

“Bunun seçkilərlə nə əlaqəsi var?”, - nazir bildirib.

ABŞ dövlət katibinin səfərinin gündəliyinə hansı məsələlərin daxil olduğu və hansı sənədlərin imzalanacağı barədə suala Mirzoyan belə cavab verib: “İmzalayacağıq, dərc edəcəyik, görəcəksiniz. Vaxtında və lazımi qaydada məlumat verəcəyik”.

Gündəliyin “Tramp marşrutu” və ya TRIPP-lə əlaqəli olub-olmadığı soruşulduqda, o, artıq hər şeyi dediyini əlavə edib. Mirzoyan heç bir sirrin olmadığını vurğulayıb: “Sizə vaxtında və lazımi şəkildə məlumat verəcəyik”.

ABŞ dövlət katibi Marko Rubio mayın 26-da Ermənistana səfər edəcək.

Seçilən
17
teleqraf.com

1Mənbələr