AZ

Heç kim ABŞ ilə razılaşmaya yaxın olduğumuzu deyə bilməz - İran XİN

“ABŞ ilə son həftələrdə aparılan danışıqlarda müəyyən nəticələr olsa da, bunu yaxın zamanda razılaşmanın imzalanacağı kimi təqdim etmək düzgün deyil”.

Missiya.Az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai brifinq zamanı deyib.

O bildirib proses Pakistanın vasitəçiliyi və digər ölkələrin iştirakı ilə aparılıb və bəzi məsələlərdə irəliləyiş əldə olunub.

Bəqainin sözlərinə görə, heç kim razılığa yaxın olduğumuzu iddia edə bilməz.

Siyasətçi ABŞ rəsmilərinin mövqelərinin tez-tez dəyişdiyini bəyan edərək bunun istənilən dialoqa maneə yaratdığını vurğulayıb.

Bəqai qeyd edib ki, İran diplomatik danışıqlarda da milli maraqları qorumağa davam edəcək.

Daşqın HəsənovMissiya.Az

Seçilən
26
missiya.az

1Mənbələr