AZ

Övladımı itirəndə hamını TANIDIM

Milli.az saytına istinadən ain.az xəbər verir.

Xalq artisti Nazpəri Dostəliyeva açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, müğənni dostluq, bağışlamaq və həyatında yaşadığı ağır sınaqlardan danışıb.

Dostəliyeva bildirib ki, həyatda qarşılaşdığı çətinliklərə baxmayaraq kin saxlayan insan olmayıb:

"Mənə nankorluqlar olub deməzdim. Mən bağışlayan insanam. İnsanların səhvi olur, səhvsiz adam yoxdur".

Sənətçi xüsusilə övlad itkisi yaşadığı dönəmdə ətrafındakı insanları daha yaxşı tanıdığını etiraf edib:

"Sınaqdan keçirdiyim dostlarım da var. O sınaq həyatımın ən böyüyü oldu. Övlad itkisində dostlarımı da tanıdım, özünü dost kimi göstərənləri də, hamını tanıdım. Heç kim deyə bilməz ki, dostlarının hamısı etibarlıdır. Dostluğa sadiq deyilsənsə, səni qəbul edən olmur. Sirkə nə qədər tünd olsa da, öz qabını çatladır".

Onun bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Musa

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
news.milli.az

1Mənbələr