AZ

Bakıda iki sərnişin avtobusu toqquşub - VİDEO

Bu gün saat 09:35-də "BakuBus" MMC-nin istismarında olan 2 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobusla toqquşub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Baku Bus" MMC-dən bildirilib.

Açıqlamada qeyd olunub ki, avtobus Tbilisi prospekti istiqamətində, "Nizami" metro stansiyası istiqamətində hərəkətdə olarkən qarşısına digər nəqliyyat vasitəsi qəfil çıxıb:

"Sürücü mümkün qəzanın qarşısını almaq məqsədilə kəskin əyləcdən istifadə edib. Hadisə nəticəsində sərnişinlərdən xəsarət alan olmayıb. Sərnişinlər digər 2 nömrəli marşrut avtobusuna yönləndirilib və xətt üzrə hərəkət qısa müddət ərzində bərpa olunub.

Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib".

09:56

Bakıda sərnişin avtobusu qəzaya düşüb.

Oxu.Az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonundakı "İzmir dairəsi" adlanan ərazidə qeydə alınıb.

Belə ki, 2 nömrəli xətt üzrə hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq səkiyə çırpılıb.

Hadisə nəticəsində avtobusdakı sərnişinlər nəqliyyat vasitəsindən düşürülüblər. Qəzanın başvermə səbəbi araşdırılır.

https://t.me/oxuaze/183899

"Cebheinfo.az"

Seçilən
15
cebheinfo.az

1Mənbələr