AZ

“Huawei”in “çip kraliçası” Çinin texnologiya simvollarından birinə çevrilib

 

Huawei şirkətinin yarımkeçirici bölməsinin rəhbəri He Tinqbo (He Tingbo) artıq Çinin texnologiya sahəsində ən mühüm fiqurlarından biri hesab olunur.

QHT.az xarici mediaya istinadən xəbər verir ki,  He Tinqbo 2003-cü ildə Huawei-nin çip inkişaf proqramına rəhbər təyin olunanda ona illik 400 milyon dollarlıq büdcə ayrılmışdı. Bu layihə sonradan Çinin ABŞ sanksiyalarına qarşı texnoloji müstəqillik strategiyasının əsas hissəsinə çevrildi.

Texnologiya dairələrində “çip kraliçası” kimi tanınan He hazırda Huawei-nin yarımkeçirici biznesinin prezidenti və şirkətin Alimlər Komitəsinin direktorudur. O, həmçinin şirkətin 17 nəfərlik idarə heyətində yer alan iki qadından biridir. Digər qadın rəhbər isə şirkətin qurucusu Ren Jenqfeyin qızı və rotasiya əsasında sədr vəzifəsini icra edən Meng Wanzhoudir.

He Tinqbonun Şanxayda keçirilən IEEE Beynəlxalq Dövrələr və Sistemlər Simpoziumunda etdiyi “Praktikada yeni yarımkeçirici yolu” adlı çıxışı diqqət çəkib. Çıxışda “Mur qanunundan sonra” yarımkeçirici sənayesinin hansı istiqamətdə inkişaf edəcəyi müzakirə olunub.

Məqalədə vurğulanır ki, ABŞ sanksiyaları səbəbindən Çin ənənəvi çip istehsalı yollarına alternativ texnologiyalar üzərində daha çox işləməyə məcbur qalıb. Huawei də bu istiqamətdə “post-Mur qanunu” yanaşmalarına üstünlük verir.

Seçilən
35
qht.az

1Mənbələr