AZ

Salah Cerrardın rekordunu yenilədi

"Liverpul"un cinah hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında məhsuldar ötürmələrin sayına görə "qırmızılar"ın canlı əfsanəsi Stiven Cerrardın rekordunu yeniləyib.

Fanat.Az xəbər verir ki, misirli ulduz İngiltərə nəhəngindəki son matçında - dünən evdə "Brentford"a qarşı keçirdikləri görüşdə (1:1) vurduqları yeganə qolda assist qismində səhnəyə çıxıb.

Bu, Salahın sğzügedən çempionatdakı 93-cü məhsuldar ötürməsi olub. Cerrardın hesabında 92, hazırda "Real Madrid"də çıxış edən Trent-Aleksander Arnoldun aktivində isə 64 qol pası var.

Daha öncə bu yay iş yerini dəyişəcəyi açıqlanan Mo 2017-ci ildən Mersisayd komandasının formasını geyinirdi. Cari mövsüm "Liverpul"un heyətində bütün turnirlədə 41 matça çıxan Salah 12 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Seçilən
23
fanat.az

1Mənbələr