Bakı, 25 may, AZƏRTAC
“Araz-Naxçıvan”ın məşqçisi Əfran İsmayılov rəhbərliklə görüşərək klubdan ayrılmaq istədiyini bildirib.
Muxtar respublika təmsilçisindən AZƏRTAC-a verilən məlumata görə, klub rəhbərliyi onun müraciətini müsbət cavablandırıb.
Qeyd edək ki, Ə.İsmayılov son 3 mövsümdə komandada baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.