AZ

113 milyonluq mədəni və təbii sərvət qaçaqmalçılığı: Ölkədən Çinə 16 ton...

Rusiyanın Xabarovsk vilayətində iki sahibkarın uzun müddət davam edən qanunsuz fəaliyyəti ifşa olunub.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, onlar mamont qalıqları - bivu və digər qədim heyvan hissələrini böyük həcmdə Çinə daşımaqda ittiham edilərək məhkəmə qarşısına çıxarılıblar.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər ümumilikdə 16 ton nadir paleontoloji materialı ölkə xaricinə göndəriblər. Bu qanunsuz ixrac nəticəsində Rusiyaya 113 milyon rubldan (təxminən 2 milyon 705 min manat) çox maddi ziyan dəyib.

Məhkəmə hər iki şəxsi dövlətə dəyən ziyanın tam ödənilməsinə, eləcə də məhkəmə xərcləri və dövlət rüsumlarının qarşılanmasına məhkum edib.

Qeyd olunur ki, onların fəaliyyəti “mədəni və təbii sərvətlərin qaçaqmalçılığı” kimi qiymətləndirilib. Hüquq-mühafizə orqanları isə belə halların qarşısının alınması istiqamətində tədbirləri gücləndirdiklərini bildirir.

Seçilən
1
publika.az

1Mənbələr