AZ

​ABŞ və İran razılığa gəlir:

Uzun müddətdir gərgin münasibətləri ilə gündəmdə olan ABŞ və İran arasında mümkün razılaşmanın detalları bəlli olub. Tərəflərin yaxın günlərdə mühüm bir sənəd imzalayacağı gözlənilir. Metbuat.az xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb. Telekanalının diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, Vaşinqton və Tehran arasında imzalanması gözlənilən ilkin sənəd "İslamabad Deklarasiyası" adlanacaq. Bu sənədin yekun sazişdən əvvəl tərəflərin öhdəliklərini müəyyən edən bir Anlaşma Memorandumu xarakteri daşıyacağı bildirilir. Mənbələr danışıqların artıq həlledici mərhələyə qədəm qoyduğunu qeyd edirlər. Prosesdə Pakistanın aktiv rol oynadığı və tərəflərin fiziki olaraq bir araya gəlməsinə ehtiyac qalmadan, Anlaşma Memorandumunu Pakistanın təkbaşına elan edəcəyi vurğulanır. İddialara görə, 60 günlük müvəqqəti atəşkəs və sabitlik dövrünü əhatə edən paketə aşağıdakı bəndlər daxildir: - Hörmüz boğazının açılması: İranın boğazdakı minaları təmizləməsi və gəmilərin sərbəst keçidinə icazə verməsi -⁠ Nüvə proqramının məhdudlaşdırılması: Tehranın nüvə fəaliyyətlərini müəyyən çərçivədə saxlaması

-⁠ Hərbi qüvvələrin geri çəkilməsi: İran yaxınlığında yerləşən ABŞ hərbi qüvvələrinin geri çəkilməsi və neft sanksiyalarının yumşaldılması ehtimalı

Seçilən
33
49
metbuat.az

10Mənbələr