AZ

Qurban bayramında gün ərzində 23 min heyvanın kəsilərək və ya diri halda satışının həyata keçirilməsi üçün şərait yaradılacaq

Qurban bayramı günlərində respublika üzrə gün ərzində təxminən 10 min xırdabuynuzlu heyvanın kəsimi, ümumilikdə isə 23 min heyvanın kəsilərək və ya diri halda satışının həyata keçirilməsi üçün şərait yaradılacaq.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Qurban bayramına həsr olunmuş brifinqdə deyib.

O bildirib ki, bir sıra regionlarda AQTA ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışının təşkili təmin ediləcək. Eyni zamanda, işğaldan azad olunan rayonlarda - Ağdam, Cəbrayıl, Füzuli və Laçında qurbanlıq heyvanların kəsim və satış xidmətləri təşkil olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
2
olaylar.az

3Mənbələr