ain.az, Lent az portalına istinadən məlumat yayır.
Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən “VAZ-21011” markalı 52-BX-322 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü K.Yusifoğlu saxlanılıb.
Lent.az xəbər verir ki, K.Yusifoğlu Xəzər rayonu ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə sürücü K.Yusifoğlu inzibati qaydada həbs edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.