AZ

İran və ABŞ Hörmüz boğazı ilə bağlı RAZILAŞDI?

ABŞ və İran arasında hazırlanmaqda olan anlaşma memorandumu layihəsində Hörmüz boğazının idarə olunması ilə bağlı konkret müddəalar yer almır. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə İran Xarici İşlər nazirliyinin sözçüsü Esmail Baqai RİA Novosti agentliyinə bildirib.

Onun sözlərinə görə, boğazın idarəetmə rejimi yalnız sahil dövlətlərinin səlahiyyətindədir. 

“Hörmüz boğazına gəldikdə, biz razılaşmanın təfərrüatlarını müzakirə etmirik. Boğazın necə idarə olunacağı məsələsinə sahil dövlətləri qərar verir”, – deyə o qeyd edib.

Bundan əvvəl yayılan məlumatlara görə, ABŞ və İran arasında hazırlanan memorandumun ilkin versiyaları Hörmüz boğazının mərhələli şəkildə açılmasını və ABŞ-nin İran limanlarına qarşı blokadasının dayandırılmasını nəzərdə tuturdu. 

Daha sonra tərəflərin İranın nüvə proqramı da daxil olmaqla digər mübahisəli məsələləri də müzakirə edəcəyi bildirilir.

ABŞ Prezidenti Donald Tramp administrasiyasından olan yüksək vəzifəli bir nümayəndənin sözlərinə görə, çərçivə sazişi tərəflərə yekun şərtlərlə bağlı razılığa gəlmək üçün 60 günlük müddət verir. 

Seçilən
29
2
cebheinfo.az

3Mənbələr