AZ

Rusiyada təyyarə sərt ENİŞ ETDİ – Yaralananlar var

Krasnoyarsk diyarında təyyarə sərt eniş edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) regional baş idarəsi məlumat yayıb.

Rusiyanın Krasnoyarsk diyarında aviasiya hadisəsi qeydə alınıb. Kiçikölçülü hava gəmisi uçuş zamanı sərt eniş edib.

Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar dərhal tibb müəssisəsinə çatdırılıblar.

Hazırda hadisənin başvermə səbəbləri müəyyənləşdirilir, aviasiya təhlükəsizliyi qaydalarının pozulması ilə bağlı araşdırmalara başlanılıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
13
interpress.az

1Mənbələr