AZ

Məşhur blogerin 25 milyonluq "TikTok" hesabı bağlandı

24,7 milyon izləyicisi olan rusiyalı bloger “Daşa Doşik” ləqəbli Daria Perovanın “TikTok” hesabı bloklanıb.

Publika.az xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.

Bildirilib ki, sosial şəbəkənin Perovanın səhifəsinə girişi niyə məhdudlaşdırdığı hələlik açıqlanmayıb.

Qeyd olunub ki, bir müddət əvvəl Perova göz yaşları içində sağlamlıq problemlərindən şikayət edərək, izləyicilərindən müalicə üçün pul istəyib və sağaldıqdan sonra xəstəliyi barədə açıqlama edəcəyini qeyd edib.

Seçilən
41
publika.az

1Mənbələr