Bu gün İranın Əsəluyə şəhərində yerləşən qaz emalı zavodunda partlayış baş verib.
Sitat.info xəbər verir ki, Cənubi Pars Qaz Kompleksinin nümayəndəsinin məlumatına görə, hadisə səhər saatlarında müharibədən zərər görmüş altıncı Əsəluyə qaz zavodunda bərpa və təmizlik işləri aparılarkən qeydə alınıb.
Partlayış nəticəsində bərpa işlərində çalışan podratçı şirkətin üç işçisi yaralanıb.
Yaralıların xəstəxanaya çatdırıldığı və onların vəziyyətinin nəzarətdə olduğu bildirilir.
Nigar,
Sitat.info