AZ

Serenay Sarıkaya saxlanılıb - VİDEO

Serenay Sarıkaya saxlanılıb - VİDEOSerenay Sarıkaya barəsində aparılan narkotik istintaqı çərçivəsində İstanbulda saxlanılıb.

Sonxeber.az türk mediasına istinadla xəbər verir ki, Bakırköy Respublika Prokurorluğunun mayın 21-də məşhurlarla bağlı başladığı narkotik araşdırması çərçivəsində 25 nəfər haqqında saxlanılma qərarı verilmişdi. Həmin şəxslər arasında Serenay Sarıkayanın da adı yer alırdı.

İddialara görə, qərar çıxarılan zaman xaricdə olan aktrisa Türkiyəyə qayıdacağını açıqlamışdı. Bu gün isə onun İstanbulda hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı bildirilib.

Sarıkaya daha əvvəl verdiyi açıqlamada uzun müddətdir planlaşdırdığı xarici səfərdə olduğunu qeyd edərək, "Ən qısa zamanda ölkəmə qayıdıb bütün prosedurları yerinə yetirəcəyəm" demişdi.

İstintaq çərçivəsində İstanbul İl Jandarma Komandanlığı tərəfindən İstanbulun Beşiktaş, Sarıyer, Beyoğlu, Kağıthane və Üsküdar rayonları ilə yanaşı Muğlada da əməliyyat keçirilib. Ümumilikdə 25 ünvanda aparılan əməliyyat zamanı çoxsaylı şəxslər saxlanılıb.

Araşdırma çərçivəsində məşhurların həkimi kimi tanınan Mehmet Rahşan da həbs edilib.

Seçilən
18
sonxeber.az

1Mənbələr