AZ

İranda internet böhranı dərinləşir: Kəsintilər 87 ci günə keçdi

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İranda internet kəsintiləri bazar ertəsi günü 2064 saatı keçərək ardıcıl 87-ci gününə daxil olub.

Redaktor.az xəbər verir ki, bu barədə "NetBlocks" şirkəti məlumat yayıb.

Monitorinq şirkəti uzunmüddətli internet məhdudiyyətlərinin ölkədə informasiya axınına ciddi təsir göstərdiyini bildirib.

Məlumata əsasən, tətbiq edilən məhdudiyyətlər edamlarla bağlı məlumatların ictimaiyyətə çatdırılmasını çətinləşdirir, həmçinin həbsdə saxlanılan tənqidçilər, dissidentlər və turistlərin üzləşdiyi qeyri-insani şərait barədə şəffaflığı minimuma endirir.

“Bu tədbir edamlarla bağlı hər hansı şəffaflığı aradan qaldıraraq, həbsdə olan tənqidçilərin, dissidentlərin və turistlərin üzləşdiyi qeyri-insani şəraiti və gündəlik qeyri-müəyyənliyi daha da artırıb”, - deyə "NetBlocks"un açıqlamasında vurğulanıb.

Mütəxəssislər hesab edir ki, internet məhdudiyyətlərinin uzanması ölkədə həm informasiya təhlükəsizliyi, həm də vətəndaş hüquqları ilə bağlı narahatlıqları daha da artırır.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
redaktor.az

2Mənbələr