Müəllif:Mehin Qasımova,Banco.az
Qlobal texnologiya dünyasında görünməmiş maliyyə yarışı qızışır.
Banco.az xəbər verir ki, dünyanın ən böyük İT nəhəngləri olan Meta, Alphabet (Google), Microsoft və Amazon -un son maliyyə hesabatları açıqlanıb.
Bu hesabatlara görə, bu nəhənglərin əksəriyyəti 2026-cı il üçün kapital xərclərini əhəmiyyətli dərəcədə artırmaq qərarına gəliblər.
Dörd əsas brend süni intellekt (Sİ) infrastrukturunun — müasir məlumat mərkəzlərinin, ən güclü mikroçiplərin, şəbəkə sistemlərinin və bulud texnologiyalarının — inkişafına ümumilikdə təxminən 700 milyard dollar xərcləməyi hədəfləyir .
Bu investisiya yarışında ən böyük sıçrayış Mark Zuckerbergin rəhbərlik etdiyi "Meta" şirkətinə aiddir. Şirkət xərclərini 125-145 milyard dollara qədər artırıb. Bu, şirkətin əvvəlki maliyyə planları ilə müqayisədə 8% artım deməkdir.
Bundan əlavə, "Microsoft" və "Alphabet" şirkətləri gələcək texnologiyalar üçün xərcləmə proqnozlarını yuxarıya doğru yenidən nəzərdən keçiriblər. Lakin "Amazon" xərclərini əhəmiyyətli səviyyədə - 200 milyard dollarda saxlamağı seçib .