AZ

Etirazlar səbəbindən Serbiya prezidenti istefa verə bilər

Aleksandar Vuçiç prezidentlik müddətinin yaxın zamanda başa çatacağını bildirərək istefa verə biləcəyini açıqlayıb.

O, bu barədə Çinə səfəri zamanı danışıb.

Serbiya Daxili İşlər Nazirliyinin məlumatına görə, mayın 23-də paytaxt Belqradda keçirilən hökumət əleyhinə aksiyada təxminən 34 min nəfər iştirak edib.

Etirazlardan sonra baş verən toqquşmalar zamanı 47 nəfər saxlanılıb. Bu barədə Serbiyanın baş nazir müavini və daxili işlər naziri İvitsa Daçiç məlumat verib. Onun sözlərinə görə, aksiyalar zamanı 17 polis əməkdaşı yaralanıb.

Nazir bildirib ki, etirazçılar polisə butulka, daş və fişənglərlə hücum ediblər. Saxlanılan şəxslərdən birinin diplomatik pasporta malik olduğu qeyd olunub.

Etirazların əsas səbəbi 2024-cü il noyabrın 1-də Novi Sad dəmiryol vağzalında baş verən faciədir. Stansiyanın örtüyünün çökməsi nəticəsində 16 nəfər həyatını itirmişdi. Hadisədən sonra hökumət təhlükəsizlik tədbirlərində səhlənkarlıqda ittiham olunmuş və ölkəboyu etirazlar başlamışdı.

Seçilən
11
aznews.az

1Mənbələr