
İranın xarici işlər naziri Abbas Əraqçının BMT Təhlükəsizlik Şurasının beynəlxalq sülh və təhlükəsizlik üzrə iclasında iştirak etmək üçün Nyu-Yorka səfəri ləğv edilib.
Missiya.Az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai mətbuat konfransında məlumat verib.
O bildirib ki, səfərin baş tutmamasına viza problemi səbəb olub.
Bəqainin sözlərinə görə, əgər əlavə maneələr olmasaydı, nazirin səfəri həyata keçiriləcəkdi.
Daşqın HəsənovMissiya.Az