AZ

Xaricdə 12 nüfuzlu universitetdən qəbul aldı - Azərbaycanlı gəncin böyük UĞURU

Tanınmış jurnalist Aynur Camalın oğlu Aydın Əliyev  SAT və IELTS imtahanlarında yüksək nəticə göstərərək dünyanın 12 nüfuzlu universitetindən qəbul alıb.

AzEdu.az xəbər verir ki, bu barədə jurnalist öz feysbuk hesabında paylaşım edib.

Aynur Camal qeyd edib ki, bu, təkcə uğur deyil, uzun illərin zəhmətinin, intizamın, məqsədyönlülüyün və özünəinamın bəhrəsidir.

Qəbul aldığı universitetlər:

1. University of Edinburgh (Foundation)

2. Boston University

3. Purdue University

4. Ohio State University

5. Arizona State University

6. Michigan State University

7. University of California, Santa Cruz

8. University of California, Riverside (UCR)

9. University of California, Merced

10. The University of Pennsylvania (Penn)

11. University of San Diego (USD)

12. University of Wisconsin–Madison

"Bir ana olaraq ən böyük fərəhim həm də odur ki, Aydın arzularının arxasınca getməkdən qorxmadı. Bu yol bizə bir daha göstərdi ki, böyük uğurlar təsadüfən qazanılmır: əzm, davamlı çalışma, düzgün hədəf və inam insanı dünyanın ən nüfuzlu universitetlərinin qapısına qədər aparır...

Aydının təhsil aldığı Anadolu Türk Liseyinə, Avropa-Azərbaycan Məktəbinə və 100 saylı tam orta məktəbə, həmçinin, bu yolda ona dəstək olan, motivasiya verən bütün dəyərli dostlara ad çəkmədən səmimi təşəkkürümü bildirirəm.

İnanıram ki, Azərbaycandan olan gənclər dünyanın ən güclü, ən nüfuzlu universitetlərində oxumağa, ən böyük platformalarda öz sözlərini deməyə tam qadirdirlər. Yetər ki, özlərinə inansınlar və dayanmadan çalışsınlar.

Bütün gənclərə arzum budur: xəyal qurmaqdan qorxmayın. Bəzən bir insanın taleyini dəyişən ilk addım sadəcə “mən bacararam” demək olur."- deyə o qeyd edib

Seçilən
20
azedu.az

1Mənbələr