AZ

Sumqayıt Teatrından uşaqlara 1 İyun sürprizi

1 İyun – Beynəlxalq Uşaqların  Müdafiəsi Günü münasibətilə Sumqayıt Dövlət Dram Teatrı balaca tamaşaçılar üçün maraqlı səhnə əsəri təqdim edəcək.


Belə ki, yazıçı Kərim Həsənovun “Sehrli yaylıq” əsəri əsasında hazırlanan eyniadlı birhissəli uşaq tamaşası teatrsevərlərin ixtiyarına veriləcək.

Nağıl-fantastika janrında hazırlanan tamaşanın quruluşçu rejissoru gənc rejissor Fuad Cavadzadə, quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı Zaur Rəşidov, xoreoqrafı Kamil Ağazadə, rejissor assistenti isə Fazilə Rzayevadır.

Səhnə əsərində balaca Eldarın başına gələn maraqlı və düşündürücü hadisələrdən bəhs olunur. Tamaşa vasitəsilə uşaqlara faydalı işlərlə məşğul olmaq, mobil telefondan və sosial şəbəkələrdən asılılığın zərərlərini anlamaq, dərslərə məsuliyyətlə yanaşmaq, ailəyə, dövlətə və cəmiyyətə yararlı vətəndaş kimi formalaşmaq kimi mühüm dəyərlər aşılanır.

Tamaşada rolları Əməkdar artist Elmira Kərimova, eləcə də aktyorlar Emil Həmidov, Şəhla Məmmədova, Elay Xasıyev, Məryəm Hüseynli, Aynur Hümbətova, və Şəhriyar Aşkari canlandırırlar.

Sumqayıt Dövlət Dram Teatrı bütün balacaları və valideynləri 1 İyun bayramını birlikdə qeyd etməyə və “Sehrli yaylıq” tamaşasını izləməyə dəvət edir.


Seçilən
19
2
yenilik.az

3Mənbələr