AZ

Çağatayın adından saxta "vida mesajı" paylaşdılar

Çağatayın adından saxta "vida mesajı" paylaşdılarÇağatay Ulusoyun aktyorluğu tərk etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaların saxta olduğu məlum olub. Məşhur aktyorun guya rəsmi hesabından paylaşıldığı deyilən "vida mesajı" qısa müddətdə geniş yayılaraq pərəstişkarları arasında narahatlıq yaradıb.

Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, son olaraq Eşref Rüya serialındakı rolu ilə gündəmdə olan aktyorun ekran önündəki karyerasını bitirməsi barədə açıqlama verdiyi iddia edilsə də, paylaşımın montaj edildiyi və həqiqəti əks etdirmədiyi ortaya çıxıb.

Saxta paylaşımda aktyorun "dərin tükənmişlik" səbəbindən aktyorluğu dayandırdığı, bundan sonra kamera arxasında yeni layihələrlə fəaliyyət göstərəcəyi iddia olunurdu. Hətta mesajda ona dəstək olan izləyicilərinə təşəkkür etdiyi göstərilmişdi.

İddiaların sürətlə yayılmasından sonra çoxsaylı istifadəçilər məlumatın doğruluğunu araşdırmağa başlayıb. Qısa müddət sonra isə ekran görüntüsünün xüsusi proqramlarla hazırlanmış saxta paylaşım olduğu müəyyənləşib.

Beləliklə, Çağatay Ulusoyun aktyorluğu tərk etməsi ilə bağlı xəbərlərin həqiqəti əks etdirmədiyi dəqiqləşib. Hadisə sosial mediada təsdiqlənməmiş məlumatların nə qədər sürətlə yayıla bildiyini bir daha göstərib.

Seçilən
34
sonxeber.az

1Mənbələr