AZ

Serenay Sarıkaya saxlanıldı


Türkiyəli məşhur aktrisa Serenay Sarıkaya saxlanılıb.
Yeniavaz.com
“Haberler.com”a istinadla xəbər verir ki, mayın 21-də İstanbul Bakırköy Respublika Baş Prokurorluğu məşhurlara qarşı narkotik istintaqı çərçivəsində məşhur aktrisa Serenay Sarıkayanın da daxil olduğu 25 nəfər haqqında həbs qərarı verib.
Həbs qərarı çıxarıldığı zaman xaricdə olan aktrisa bu gün Türkiyəyə qayıdarkən İstanbulda saxlanılıb.
Narkotik istintaqı çərçivəsində verdiyi ifadədən sonra Sarıkaya saç və qan nümunələri təqdim etmək üçün Məhkəmə Tibbi Ekspertizası İnstitutuna göndərilib.
Qeyd edək ki, mayın 21-də Jandarma Komandanlığı tərəfindən aparılan narkotik istintaqı çərçivəsində İstanbulun Beşiktaş, Sarıyer, Beyoğlu, Kağıthane və Üsküdar rayonlarında, eləcə də Muğla şəhərində ümumilikdə 25 ünvanda eyni vaxtda əməliyyatlar həyata keçirilib. Əməliyyat zamanı 25 şübhəli şəxs üzərində axtarışlar aparılıb və həbslər həyata keçirilib.
Seçilən
26
1
yeniavaz.com

2Mənbələr